General Electric tarixi

General Electric hazırda dünyanın ən böyük və tanınmış nəhəng elektrik şirkətidir. Şirkətin məşğul olduğu işləri saymaqla bitməz. Ağla gələn və gəlməyən bütün elektrik sahələri ilə bağlı işələrdə bu şirkətin imzasını görmək mümkündür. GE-nin əsası öz dövrünün möhtəşəm ixtiraçısı Thomas Edison tərəfindən qoyulub. Şirkət fəaliyyətinə nə az, nə çox düz 130 ildir ki, davam edir və daim yenilənərək böyüyür. Şirkətin fəaliyyət istiqamətləri, yaranma tarixi bir yana, biz incəsənət adamlarının və ya bu sahə ilə maraqlanan əziz oxucumuz, sənin, diqqətini çəkəcək bir məqam var. Bu brendin 130 ildir dəyişməyən loqosudur.

 

Loqo emblem şəklində, letter loqo, adlandırdığımız stilistikadadır. 1890-cı illərdə ‘letter logo”  ilə işıq üzü görən loqo 100 il  sonra ‘badge logo’ adlandırdığımız stilistikaya keçid edir və ondan sonra indiyə kimi də bu stilistikanı çox kiçik dəyişiklərlə qoruyur.Loqonun diqqət çəkən xüsusiyəti də məhz elə budur.

Əldə olan məlumatlar əsasında loqonun ilk dizaynının Arthur L. Rich-ə aid olduğu qeyd edilir. Onun, loru dildə desək, Allah vergisi gözəl əl yazsı olub. Bir gün G.E. Gebest adlı tanışı ondan adının baş hərflərini çantasına yazmağı xahiş edir. Rich də onun üçün bunu edir. Daha sonra “General Electric” şirkəti üçün də belə sifariş alır və illər öncə tanışı üçün də eyni tipdə loqo hazırladığını xatırlayır.

 

Teqlər