Bu Şərtlər və Qaydaları (bundan sonra – Qaydalar) qəbul etməklə və ya Portaldan Artıq.az (bundan sonra – Portal) istifadəyə davam etməklə siz istifadə qaydalarını qəbul etmiş hesab edilirsiniz.

Qaydalar xəbər, məlumat, məqaləyə əlçatanlığı təmin edən elektron dizayn jurnalından istifadənin şərt və müddəalarını özündə əks etdirir.
Portala giriş
Qeydiyyat aşağıdakı kimi həyata keçirilir:

Qeydiyyat aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- Ad, soyad və elektron poçt məlumatları müvafiq xanalara daxil edilir;
- Portala giriş üçün birdəfəlik şifrə seçilir;

Qeyd: Qeydiyyatdan keçmədən də Portaldan istifadə mümkündür.
Portaldan istifadə
Xəbərləri, müxtəlif dizayn sahələri üzrə məqalələri oxuya və beynəlxalq və yerli festivallar haqqında məlumat əldə edə bilərsiniz.

Qeydiyyatdan keçdiyiniz təqdirdə:
• Portaldakı məqalə və yazılara abunə ola;
• Səhifəni işarələyə (bookmark) və ya işarələnməni geri götürə bilərsiniz.
İstifadə şərtləri
Aşağıda qeyd edilənlərə görə məsuliyyət dayışırsınız:

Portaldan istifadə etdiyiniz avadanlıqlarınızın və hesabınıza giriş şifrələrinin təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyırsınız.

Portalda yerləşdirilmiş məqalə, xəbər və s bu və ya digər platformalarda paylaşıldıqda Portala və ya müəllifə istinad etmək etmək vacibdir.
Ödəniş
Portaldan istifadə ödənişsizdir.
Təhlükəsizlik
Məxfilik şərt və qaydaları ilə “Məxfilik siyasəti”ndə tanış ola bilərsiniz.
İmtina
İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa fəaliyyətlə məşğul olmaq üçün Portaldan istifadə etmək qadağandır.
Məsuliyyət
Qanunla müəyyən edilmiş həddə, Portal və idarəçiləri heç bir halda sizin cihazınıza və ya Portaldan istifadəyə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən zərərə görə məsuliyyət daşımır.

Eyni zamanda, istifadəçinin Portaldan istifadəsi ilə bağlı kompüter proqramı və digər texniki təminatın mövcudluğuna, müvafiq mobil telefonun (cihazın) məlumat təhlükəsizliyinə, ziyanverici kod və xaker hücumundan qorunmasına və nəticədə istifadəçinin məlumatlarının tamlığının, məxfiliyinin pozulmasına və ya istifadəyə yararsız hala düşməsi və bununla bağlı ziyanlara görə Portal idarəçiləri məsuliyyət daşımır.

Hər bir istifadəçi Qaydalarda müəyyən edilmiş şərt və qaydalara əməl etməyə borcludur.
Dəyişikliklər
Bu Qaydalar Şirkət tərəfindən Portalın elanlar hissəsində öncədən xəbərdarlıq edilməklə dəyişdirilə bilər. Hər hansı bir dəyişiklikdən sonra Portaldan istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir
Tətbiq Edilən Hüquq
Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təfsir edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin səlahiyyətlərinə tabedir.
Əlavələr
Bu Qaydaların bir hissəsi və ya bir bəndi öz qüvvəsini itirdikdə və ya ləğv edildikdə, bu hal Qaydalarının bütövlükdə öz qüvvəsini itirməsinə əsas hesab edilə bilməz.

Bülletenlərimizə
abunə olun

Məqalənin profilindəki “Seçilənlər” bölməsinə əlavə olunmasını istəyirsənsə, qeydiyyatdan keç.