Artıq.az (bundan sonra – Portal) seçdiyinizə görə sizə təşəkkür edirik. Bu Məxfilik siyasəti sənədilə (bundan sonra – məxfilik siyasəti) sizin fərdi məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Məxfilik siyasəti ilə bağlı təklif və iradlarınızı hello@artiq.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Məxfilik siyasətinin məqsədi fərdi məlumatlarınızın toplanılması, işlənilməsi qaydalarını və bununla bağlı hüquqlarınızı göstərməkdir. Portalda “razıyam” düyməsini sıxmaqla (klikləməklə) və ya Portaldan istifadəyə davam etməklə məxfilik siyasətilə razılaşmış hesab olunursunuz.

Məxfilik siyasətindəki anlayışlar (fərdi məlumatların toplanılması, işlənilməsi, və s.) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilən mənaları ifadə edirlər.
1.Məlumatların toplanılması
Portalda aşağıdakı məlumatlar toplanılır:
• Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlar:
• Kukilər (“cookies”) vasitəsilə də məlumatlar toplana bilər.

Bunlara daxildir:
a) Loq (daxil olma və istifadə) məlumatları
b) Avadanlıq məlumatları
2.Məlumatların işlənilməsi
Toplanan məlumatlar yalnız Portalın fəaliyyət istiqamətləri üçün işlənilə bilər.
3.Məlumatlarınız üçüncü şəxslərə ötürüləcəkmi?
Fərdi məlumatlarınız aşağıdakı hallar istisna olmaqla üçüncü şəxslərə ötürülmür:
• Məlumatların ötürülməsinə yazılı razılıq verdiyiniz hallarda;
• Qanunla müəyyən edilmiş hallarda. Qanunla ilə müəyyən edilmiş hallarda məlumatlarınız razılığınız olmadan da dövlət orqanlarına və məhkəməyə təqdim edilə bilər.
• Xüsusi əhəmiyyətli hallarda: Portalın təhlükəsizliyinin qorunması, həmçinin məxfilik siyasətinin pozulmasının müəyyən edildiyi hallarda məlumatlarınız üçüncü şəxslərə ötürülə bilər, bir şərtlə ki, tərəfinizdən yazılı razılığın dərhal alınması mümkün olmasın və ya belə razılığın alınması nəticəyə birbaşa təsir etsin.
4.Fərdi məlumatlar
Qanunla mühafizə edilən fərdi məlumatlarınızı qorumaq üçün bütün lazımi hərəkətlərin ediləcəyinə təminat veririk. Məxfilik siyasətində qeyd olunmayan fərdi məlumatlarınız tərəfimizdən toplanılmırişlənilmir. Fərdi məlumatlarınız Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq mühafizə edilir.
5.“Cookies” (Kukilər)
Portal funksional və qeyri-funksional kukilərdən istifadə edir. Funksional kukilər Portalın fəaliyyətinin təmin edilməsi üçündür və onların quraşdırılması sizin icazənizi tələb etmir.

Qeyri-funksional kukiləri statistik, sosial və qanunla qadağan olunmayan digər məqsədlər üçün istifadə edilə bilər. Açılış səhifənizdən sonra Portalı istifadəyə davam etməklə siz qeyri-funksional kukilərdən istifadəni qəbul edirsiniz. Portaldan optimal istifadə etmək üçün sizin bütün kukiləri qəbul etməyiniz tövsiyə olunur. Eyni zamanda, siz kukiləri bloklaya da bilərsiniz.

Kukilərdən imtina edilməsi Portalda bəzi funksiyalardan istifadəyə təsir göstərə bilər.
6.Məlumatların təhlükəsizliyi
Portalda mümkün texniki-texnoloji imkanlardan istifadə edərək məlumatlarınızın təhlükəsizliyinə zəmanət verir və onları qoruyacağını öhdəsinə götürürük.
7.Məxfilik siyasətinə dəyişiklik
Məxfilik siyasətinə dəyişiklik edilə bilər.

Dəyişiklik qüvvəyə minməzdən əvvəl Portalda bildiriş vasitəsilə məlumat veriləcək, habelə bu Məxfilik siyasətinin yuxarısındakı "Son yenilənmə tarixi” yenilənəcəkdir.
8.Əlavə məlumat
Fəaliyyətimiz Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsaslanır və qanunun aliliyi prinsipi rəhbər tutulur.

Bülletenlərimizə
abunə olun

Məqalənin profilindəki “Seçilənlər” bölməsinə əlavə olunmasını istəyirsənsə, qeydiyyatdan keç.