Artıq yaradıcı sənayeni dərindən araşdırıb, sənəti və sənətçini işıqlandıran onlayn jurnaldır. Layihə sənətin bədii və mənəvi zənginliyini, dizaynın yaradıcı və inkişaf etmiş tərəflərini azərbaycanlı sənət sevərlərə doğma dilimizdə təqdim edir. Geniş diapazonda, müxtəlif rubrikalarla izləyici və oxucularının diqqətini çəkəcək platforma ölkəmizin sənət sənayesinə bir töhvə olduğuna inanırıq.

Biz kimik

Artıq yaradıcı sənayeni dərindən araşdırıb, sənəti və sənətçini işıqlandıran onlayn jurnaldır. Layihə sənətin bədii və mənəvi zənginliyini, dizaynın yaradıcı və inkişaf etmiş tərəflərini azərbaycanlı sənət sevərlərə doğma dilimizdə təqdim edir. Geniş diapazonda, müxtəlif rubrikalarla izləyici və oxucularının diqqətini çəkəcək platforma ölkəmizin sənət sənayesinə bir töhvə olduğuna inanırıq. 


“Artıq” sənət və dizayn dünyasının fərqli cəbhələrindən gələn yaradıcı fikirləri və əsərləri təqdim edərək, oxuculara zəngin bir məzmun təqdim edir. Sənətin əsas sahələri olan rəssamlıq, heykəltəraşlıq, dizayn, təsviri incəsənət, memarlıq, musiqi və teatr kimi sahələrə dair müzakirə və məqalələr də layihənin bir hissəsi olacaq. Layihə, müxtəlif sənətçilərin işləri ilə birlikdə, onların yaradıcılıq prosesini və sənətə olan münasibətlərini də təqdim edəcək. Dizayn sahəsində isə, layihə mövzuları arasında memarlıq, moda dizaynı, mədəni məkanlar və dijital dizayn kimi müasir və gələcəyə yönlənmiş istiqamətlər yer alacaq.

Necə Başladıq

Layihənin ərsəyə gəlməsində rolu olan hər kəs bu və digər şəkildə sənətlə əlaqədardır. Bir sənətçi olaraq yaradıcılıq sahəsində məzmun azlığı layihənin bizi narahat edir. Bu çatışmazlıq onlayn sənət və yaradıcılıq jurnalının fəaliyyətinə əsas səbəb oldu. Artıq jurnalını baş redaktoru, Art direktor və təsisçisi olan Xudayar Ağayarovun təşəbbüsü ilə kiçik komandamız hərəkətə keçdi. İlk olaraq 10 nəfər fəal könüllü ilə fəaliyyətə keçən layihədə daha sonra iştirakçı sayısı 20-ni keçdi. Komandamıız fəaliyyəti dizayn və sənətə olan maraqdan qaynaqlanır. Məhz bu maraq və həyəycan layihə üzərində işləməyə onu inkişaf etdirməyə bizə dəstək verdi. Sənət sahəsində məzmun çatışmazlığı bizi narahat etməklə yanaşı, bu istiqamətdə yükün altına girərək gördüyümüz iş bizi qürurlandırır.




Missiyamız

Layihəni ən ali missiyası sənəti insana daha da yaxın etməkdir. Oxucularımızın sənət dünyasına təsir edərək onları yaradıcılıq yolunda ilham mənbəyi olmaq məqsədindəyik. Bu istiqamətdə aşağıdakılar Artıq platformasının əsas missiyalarıdır: 

  • İlham Vermək: Oxucularımıza dizayn, memarlıq və təsviri incəsənət sahələrində ilham verərək onların yaradıcı potensialını artırmaq. Platforma sənətin və dizaynın insan həyatında olan mühüm rolunu vurğulayaraq, sənətsevərlərin baxış bucaqlarına təsir etməyi, onları zənginləşdirməyi özünə yol seçib.

  • Sənəti doğma dilimizdə təqdim etmək: Sənəti Azərbaycan dilində təqdim etmək, milli mədəniyyətimizin və incəsənətimizin zənginliyini vurğulamaq, sənətin gözəlliyini və incəliyini ana dilimizdə çatdırmaq.

  • Sənət tariximizi qorumaq: Platforma Azərbaycan sənət tarixində qəhrəman rolu oynayan dahi sənətkarları və onların əsərlərini ictimaiyyətin diqqətində saxlamağı, formalaşan sənət irsini qoruyub inkişaf etdirməyi özünə əsas məqsəd seçmişdir.

  • Estetik Dəyəri Yüksəltmək: Cəmiyyətimizdə estetik dəyərin və zövqün inkişafına töhfə vermək, yaradıcılığın həyatın ayrılmaz bir hissəsi olduğunu vurğulamaq.

  • Məlumatlandırmaq: Sənətin müxtəlif sahələri üzrə ən son yenilikləri, trendləri və araşdırmaları təqdim edərək oxucularımızı məlumatlandırırıq. 

  • Sənətçiləri Tanıtmaq: Sənətin hər hansısa bir qolu ilə əlaqədar olan, istedadlı şəxsləri kəşf etmək, onları sənətsevərlərə təqdim etmək. Sənətçilərin həyat və yaradıcılığı haqqında məlumatları paylaşaraq onların işlərini geniş kütləyə çatdırmaq.

  • Sənətə təşviq etmək və kreativ icma yaratmaq: oxuculara yerli və dünya sənət mədəniyyətini tanıtmaq, qorumaq və yaymaq məqsədilə müxtəlif tədbir və layihələr keçirərək, sənət sevərləri və yaradıcı insanları bir araya gətirən, fikir mübadiləsi və əməkdaşlıq imkanları yaradan bir icma formalaşdırmaq.

  • Yaradıcılığı Dəstəkləmək: Yerli və beynəlxalq səviyyədə yaradıcı layihələri, sərgiləri və müsabiqələri dəstəkləyərək sənətçilərin inkişafına və tanınmasına töhfə vermək.


Dəyərlərimiz

1. Yaradıcı azadlıq

Layihə yaradıcılığa, sənətə və sənətkarlara azadlıq verilməli olduğuna inanır, yeni və innovativ fikirləri dəstəkləyir.

2. Sənətin təşviqi

Layihəmiz mədəni irsin və incəsənətin təbliği və qorunması üçün çalışır, bu sahədə maarifləndirmə və təbliğat işləri görür.

3. Əqli mülkiyyət və 
ictimai məsuliyyət



4. Əməkdaşlıq və 
şəbəkələşmə



5. Maarifləndirmə

Artıq komandası olaraq biz yaradıcı orijinallığı və unikallığını yüksək dəyərləndiririk. Standartlaşma və təkrarçılığa qarşıyıq. Formalaşdırdığımız mühitdən məsuliyyət daşıyıb, cəmiyyətin rifahı üçün layihələrə dəstək olmağı və sosial məsuliyyətlərimizin olduğuna inanırıq. 

Artıq layihəsi olaraq müxtəlif sənətçilər, yaradıcı şəxslər  və qurumlarla əməkdaşlığa can atır, şəbəkələşmənin verdiyi üstünlüklərə inanırıq. 


İncəsənət və mədəniyyət sahəsində düzgüb maarifləndirmə fəaliyyəti keçirərək, sənətə və sənətçilərə dəstək oluruq. Gənc və potensiallı sənət adamlarını işıqlandırırıq. Mədəni mühitə cəmiyyətdə maraq oyadırıq. 

Yaradıcı heyət

Bülletenlərimizə
abunə olun

Məqalənin profilindəki “Seçilənlər” bölməsinə əlavə olunmasını istəyirsənsə, qeydiyyatdan keç.