Günel Nəzərova

Qrafik dizayner

Mənim üçün sənət təkcə vizual təcrübə deyil, həm də emosional macəra və intellektual kəşfiyyat vasitəsidir. Mənə görə incəsənət insan həyatının geniş spektrinə toxunur. Mədəniyyətlərarası fərqlərin olması, insanı ilhamlanmağa, müşahidə etməyə, düşünməyə təşviq edir. Sənət fərdlərə özünü ifadə etməyə, və sosial şəkildə qarşılıqlı əlaqə qurmağa imkan verir. İncəsənət insanları birləşdirir və sosial bağları gücləndirir.Hal-hazırda qrafik və ux/ui dizayner kimi fəaliyyət göstərsəm də, kiçik müddət ərzində loqoped olduğum vaxtda anladım ki, sənət təkcə ruhumuzu qidalandırmır, eyni zamanda, fiziki cəhətdən də qayğımıza qalır. Çıxdığım bu yolda məqsədim, sənətə dair birlikdə yeni məlumatlar öyrənmək, müzakirələr etməkdir. İncəsənətin dərinliklərinə mənim ilə birlikdə enməyə hazırsınızsa başlayaq!

0 yazı

Bülletenlərimizə
abunə olun

Məqalənin profilindəki “Seçilənlər” bölməsinə əlavə olunmasını istəyirsənsə, qeydiyyatdan keç.