Dadaizmin qısa tarixçəsi

Duşamp müxtəlif ehtiyaclar üçün hazırlanmış fabrik məhsullarını fərqli materiallarlabirləşdirdi. Bunun nəticəsində əsl məhsulun ənənəvi reallığını pozdu.

Frensis Pikeybia

PAYLAŞ



Birinci dünya müharibəsinə etiraz olaraq Sürix, Berlin, Köln, Paris kimi şəhərlərdə yaşayan Avropalı sənətkarların yaratdığı bədii cərəyandır. Ədəbiyyat, teatr və rəssamlığa təsir edən bu hərəkat şablonlaşmış estetika və dil formalarından kənara çıxaraq yeni dəyərlər yaratdı. Müasir kapitalist cəmiyyətin estetikası əvəzinə mənasızlığı, irrasionallığı sərgiləyərək anti-kapitalist reaksiyaları dilə gətirməyə çalışdı. Hazırda Dada adının haradan alındığı barədə dəqiq məlumat yoxdur. Fransız dilində oyuncaq taxta at mənasını verir. Dadaistlər ağlın, məntiqin heç bir dəyəri və əhəmiyyəti olmadığını müdafiə edirlər. Məhz buna görə də bu cərəyana aid olan əsərlərdə heçlik, absurdluq, mənasızlıq diqqət cəlb edir. Bundan əlavə hərəkatın müəyyənedici xüsusiyyətlərindən biri də hər şeyə şübhə ilə yanaşılmasıdır. Dadaistlər qəlibləşmiş fikirlərin, tabuların sərhədini aşıb, bunun sayəsində uğur əldə ediblər. Xüsusilə yazıçılar dil, forma və qafiyə qanunlarını önəmsəməyib. Onlara görə bu bir incəsənət cərəyanı deyil, incəsənətə qarşı olan bir anlayışdır.

Köhnəlmiş heykəltəraşlıq

 və rəsm ənənələri dadaistlərin yenilikçi mesajlarını ötürməkdə əlverişli deyildi. Bu səbəbdəndir ki, onlar sənətlərindəki azadlığın tərənnümünü fotomontaj, kolaj və əşyaların, materialların dizaynı kimi üslublarda tapıblar. Buna əsasən ən məşhur və parlaq nümunə kimi  Marsel Duşampın (Marcel Duchamp) pisuardan ibarət olan “Çeşmə” əsərini göstərmək olar.

 

Lorem ipsum

Test Caption Other Olcude




 




 

 

Teqlər