Daha yaxşı ev, daha yaxşı həyat.. Razısınız? IKEA şirkətinin yanaşmalarından biri də budur.

Daha yaxşı evlər yaratmaq üçün insanların gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri bilməliyik. Ətrafda hər şey daha sürətlə dəyişir, eyni zamanda insanların ehtiyacları və arzuları da. Bəs “demokratik dizayn” ideyası necə yarandı? Hər şey IKEA-nın “ev” anlayışı ilə başladı, “bu bizim yaşadığımız yer və ya ruh halı ola bilər”. “Demokratik dizayn” anlayışı fransız dizayner və uzaqgörən Filip Stark tərəfindən “əlçatan qiymətlərlə keyfiyyətli parçalar təqdim edən dizayn” kimi ortaya atılıb.


Dizayn insanlara kömək etmək və yaşadığımız dünyanı yaxşılaşdırmaq məqsədi daşıyırsa, ona daha demokratik münasibət yalnız faydalı ola bilər. Ara-sıra xarab olmayan avtomobil, münasib qiymətə kitablar, davamlı mebel və praktiki yaşayış mühiti - bunların hamısı düşünülmüş və demokratik dizayn yanaşmaları ilə əldə edilə bilər. Dizayn nə qədər sadə, davamlı və utilitar olarsa, kütləvi istehsal bir o qədər asanlaşar və ondan bir o qədər çox insan faydalanar. 

“Dizayn ifadə üsulu deyil, problemi həll etmək üsuludur. Bizi rəssamlardan fərqləndirən də budur”.

Nayk Karlson

PAYLAŞ 
Demokratik dizayn nədir? 

Demokratik Dizayn hər bir IKEA məhsulunun əsasını təşkil edir. Demokratik Dizayn bir vasitədir. Həmin vasitə kreslodan tutmuş mətbəx qabına qədər hər  məhsulda 5 prinsipi cəmləşdirir: funksiya, forma, keyfiyyət, davamlılıq və qiymət.


mənbə (şəkil): swoonworthy.co.uk


Forma

Forma - IKEA-da hər bir dizayn göz testi də daxil olmaqla ciddi standartlar toplusundan keçir. Yəni, məhsullar evləri gözəlləşdirməyə xidmət etməlidir. IKEA məhsullarının kütləvi cəlbediciliyi var.


Funksiya

Cəlbedici dizaynın da əlverişli olması xüsusi Skandinaviya fenomenidir. Lakin məqsəd olmadan gözəlliyin nə faydası var?

Burada ikinci prinsipə keçid edirik: funksiya. Məhsul funksional olmalıdır, gündəlik həyatı asanlaşdırmalıdır, əks halda istifadə olunmayacaq. IKEA şirkəti də məhsullarda funksionallığı göstərmək üçün insanların ehtiyaclarını öyrənir və bu funksiyaları nəzərə alaraq məhsullar dizayn edir.


Keyfiyyət

Bununla belə, məhsulun özünün və onun materiallarının uzun müddətli olduğuna əmin olmaq üçün dizaynın keyfiyyəti də yüksək səviyyədə olmalıdır. Deməli, 3-cü prinsip keyfiyyətdir. IKEA-nın daha yüksək keyfiyyətə nail olmaq üçün axtardığı yollardan biri möhkəm materiallar və daha az mürəkkəb montajdır, hər ikisi məhsulun uzunömürlülüyünü artırır və qırılmaları azaldır.


Davamlılıq

4-cü prinsip davamlılıqdır. Nisbətən yüksək keyfiyyətli məhsul davamlı məhsuldur. Bu gün hazırlanan məhsullar sabah da aktual olmalıdır. IKEA öz əşyalarının təhlükəsizlik və dayanıqlıq kimi ən yüksək standartlara cavab verməsini yoxlayır - nəinki uzunömürlüdür, həm də "zərif yaşlanır".


"Tədricən daha çox qazanmağın yaradıcı yollarını tapırıq" dedi Platzer. Bu o deməkdir ki, məhsullar düzgün materiallardan və onlardan qənaətlə istifadə etməklə hazırlanır (az xammaldan istifadə olunur).  IKEA məhsul istehsalçıları bərpa olunan, təkrar emal olunan materiallar axtarır və ağıllı istehsal həlləri tapmaq üçün fabrikdəki insanlarla işləyirlər. Eyni zamanda davamlılığa bu materialların necə əldə edildiyi, məhsulu istehsal edən insanlar, ondan istifadə edən müştərilər də təsir göstərir.


Qeyd: Məhsullar evdə davamlı həyata töhfə verməlidir. Birincisi, əşyalar suya və ya elektrik enerjisinə qənaət etməyə kömək etməlidir.

Nəhayət, hər bir IKEA məhsulu bir çox insan üçün əlçatan olmalıdır. Bu da “sərfəli” adlanan 5-ci prinsipə gətirib çıxarır. IKEA-da dizaynerlər öncədən qiymətləri nəzərə alaraq işə başlayırlar.


Sadaladığım 5 prinsipin hamısı eyni dərəcədə vacibdir. Bu beş prinsip arasında balans olduqda, dizayn demokratik sayılır və məhsulları inkişaf etdirərkən, qiymətləndirərkən istifadə edilir. Balansın qorunması üçün dizayn və inkişaf mərhələsində nəyinsə əskik olub-olmadığı müəyyənləşir. Daha sonra bu problemin düzəldilməsi üçün işlər görülür.


Demokratik Dizaynın prinsiplərini əks etdirən bir məhsul nümunəsi - uşaqlar üçün FLISAT masasıdır. Qiymət sərfəlidir, hündürlüyü uşağın hündürlüyünə uyğunlaşdırıla bilər, kağız tutucu kimi ağıllı funksiyalara malikdir. Çox keyfiyyətlidir və klassik formadadır, sevilə və gələcək nəsillərə ötürülə bilər. Davamlı və bərpa olunan materialdan - ağacdan hazırlanır. 



FLISAT Uşaqlar üçün masa
Foto mənbə: ikea.com



Həqiqətən də, skandinaviyalılar dizayn spektrinin hər iki tərəfini nəzərə almaqla buna müvəffəq oldular - onlar həm yüksək səviyyəli, həm də aşağı qiymətli dizaynda demək olar ki, qlobal miqyasda liderlik edirlər.

Ümumiyyətlə, düşünürəm ki, IKEA, düzgün istiqamətdə hərəkət edir, davamlılığa sadiqdir və ən önəmlisi görünən odur ki, IKEA insanları dinləyir.

Bəs siz öz dizaynınızda və qərar qəbuletmə proseslərində IKEA-nın prinsiplərindən necə istifadə edə bilərsiniz?



Faydalı keçidlər








Teqlər