Daş dövründən rəsm

Kömür rəsm-daş dövründəndir? Çox güman ki, belədir, kömürün müxtəlif  səthlərdə iz buraxmaq kimi gözəl xüsusiyyətləri çoxdan kəşf edilmişdir. İnsanların daşlar üzərində kömür vasitəsilə simvollar çəkməyə başladığı tarix bizə məlum olmasa da, əsas odur ki, bu nadir texnika dövrümüzə qədər gəlib çatmışdır Bu gün sənətkarlar  möhtəşəm görüntülər yaratmaq üçün ondan uğurla istifadə edirlər.

Kömür texnikası qeydə alınan ilk tarixdən də çox əvvəl yaranıb. Ancaq faktlarla təsdiqlənməyən heç nə müzakirəyə açıq ola bilmir.  Buna görə də tarixçilər yalnız bu günədək qalan sənədli sübutlarla bu texnikanı mühakimə edə bilərlər, onlar  isə 15-ci əsrə aiddir.  Mikelancelo Buonarroti, Edqar Deqas, Mixail Vrubel, Valentin Serov kimi məşhur sənətkarlar bu üslubun nümayəndələri hesab olunur.

Kömür çox gözəl şəkillər yaratmağa imkan verir - boz çalarları sayəsində çoxşaxəli, təmkinli rəng sxemi sayəsində fantastik nəticələr əldə etmək mümkündür. Kömürlə tanış olduqdan sonra onun möhtəşəm bir yaradıcı vasitə olduğunu görəcəksiniz.


Kömür növləri 

Gəlin kömürlə tanışlığımıza onun növlərindən başlayaq:

  1. Taxta kömür- bir kağız parçasında tünd rəng buraxan yanmış çubuqlardır. İstehsalında adətən üzüm və ya söyüddən istifadə edilir, müxtəlif formalı xətlər yarada bilmək üçün müxtəlif ölçülü budaqlar götürülür.

Preslənmiş kömür- bağlayıcı maddələrlə kömür tozunun birləşməsidir. Forma baxımından alət karandaşlara və ya pastellərə bənzəyir, lakin faktura və xətlərin parlaqlığı ilə fərqlənir.


Kömür texnikası 

Kömür texnikası - bunu necə təsəvvür edirsiniz?

Sadə bir siluet, kiminsə kölgəsi, ev və ya ağacların konturlarını təsvir edən ağ kağızda qeyri-adi qara xətlər?  Kömür ağ qara şəkillərə bənzəyən rəsmlər yaratmağa imkan verir. Rəssamların kömür texnikası ilə çəkilmiş  möhtəşəm əsərləri dəqiq detalları və tonların mükəmməl keçidləri ilə heyran edir.

Adətən rəssam öz əsərində müxtəlif sərtlikdə olan bir neçə yanmış söyüd budağından istifadə edir. Zəngin ağ və qara çalarları əldə etmək üçün kömür su ilə nəmləndirilir, solğun rəng və duman effekti isə kölgələmə üsulu ilə yaradılır..

Kömürün iki texnikası var:

  1. Ştrixlər və xətlər - üsul sadə bir qələmlə işləməyə bənzəyir. Xəttin rəngi göstərilən təzyiq dərəcəsindən asılıdır, qalınlığı isə budağın kənarının nə qədər incə itilənməsinə görə dəyişir.
  2. Kölgələr və fon - geniş ərazilərə rəng tətbiq etmək üçün əlverişli üsuldur. Kölgələmə ilə əla fon yaradılır, bunun üçün dəri, süet və ya sadəcə ovuc kənarı istifadə edilə bilər.

Kölgələr, fon, nazik xətlər və konturlar sayəsində heyrətamiz şəkillər yaratmaq mümkündür, eyni zamanda işıq və kölgə oyunu lazımi həcm yaradır ki, bu da təsvirlərə təbiilik qatır.

Bu gün kömür və ya kömür rəsm effekti ilə hazırlanmış illüstrasiyalara tez-tez rast gəlirik. Həmçinin, interyer dizaynında eskizlərin sürətli çəkilməsi və daxili həcmlə doldurulması üçün də kömürdən istifadə edilir.

Kömür ilə işləmək mürəkkəb və eyni zamanda asandır. Onu hiss etmək vacib amillərdən biridir, hissiyat itərsə rəsm çirklənər.





Kömür illustrasiya nümunələri



Teqlər