1980-ci illərdə məşhur “Xoşbəxt Mac” ikonu daxil olmaqla bir çox orijinal Macintosh ikonları və şriftlərini yaradaraq, masaüstü kompüterlərin vizual dilinə əhəmiyyətli təsir göstərmiş dizayner - Susan Kare!


Lorem



Həyat və fəaliyyəti

1954-cü ildə anadan olan Susan Karenin qrafik dizayner kimi formalaşması texnoloji inqilab fonunda baş verib. Və onun yaradıcılığı texnologiya və incəsənətin kəsişməsində silinməz iz qoyub. Karenin ən parlaq nöqtəyə çatması “Apple”da işlədiyi müddətdə baş tutur. O “Macintosh” üçün “Xoşbəxt Mac”, disket simvolu və boya qutusunu hazırlayıb.

Hər piksel sadəcə vizual göstərişdən ibarət deyil, həmdə mürəkkəb hərəkətləri hamı tərəfindən anlaşılan simvollara sadələşdirmək üçün yaradılıb. Karenin dizaynları istifadəçi mərkəzlidir. Yəni o, bu simvolları yaradaraq insanların kompüterləri ilə daha asanlıqla bağ qurmasına köməklik göstərib. Onun bu addımı indiki dizaynlar üçün də standart qəbul edilən xüsusiyyətdir. Onun Apple üçün yaratdığı  komanda simvolu (⌘) indi qlobal miqyasda klaviatura qısa yolları ilə sinonimdir. O həmçinin Macintosh sistemində istifadə edilən orijinal şriftlərin də yaradıcısıdır.



Fərqli xüsusiyyəti

Kareni fərqləndirən təkcə onun texniki bacarığı deyil, həm də dizayna olan yanaşmasıdır. O, ikon dizayn etməklə yanaşı, estetikadan kənara çıxaraq  istifadəçilər üçün funksionallıq və əlçatanlığı artırıb. Və bununla rəqəmsal dizayna daha insan mərkəzli yanaşma üçün cığır açıb.




Yaradılıcılığa baxış bucağı

Susan Karenin dizayn tərzi sadəliyi və funksionallığı ilə xarakterizə edilə bilər. O, öz işində piksel dəqiqliyini ön plana qoyur. O, minimal piksellərdən istifadə edərək, mürəkkəb ideyaları sadələşdirərək aydın, simvolik təsvirlər yaratmaqla öz ustalığını nümayiş etdirib. Yaratdığı hər bir simvol öz funksiyasını aydınlıqla bitirir və istifadəçilərə öz məqsədlərini intuitiv şəkildə anlamağa imkan yaradır. Susan Kare dizayna istifadəçi mərkəzli yanaşmaqla işlərinin uzunömürlülüyünü nail olub. Onun dizaynları insanlar arasında fərq qoymadan hamı tərəfindən asanlıqla anlaşılır.

Susan Karenin yaradıcılığına bugünkü cihazlarda da rast gəlinir. 
 Karenin dizaynları bir dövrün vizual şəxsiyyətini formalaşdırdı. Karen indidə dizaynerləri ruhlandırmağa və istiqamətləndirməyə davam etməkdədir.

Teqlər