DiksonBaksi” agentliyinin hekayəsi?


“DixonBaxi” daha yaxşı bir gələcək dizayn etmək üçün 2001-ci ildə Saymon Dikson və Aporva Baksi tərəfindən təsis edilmişdir. Onlar uzun illər birlikdə çalışaraq dünyanın ən maraqlı şirkətləri üçün dizayn və brend layihələri yaradıblar.  Nəticədə, onlar birlikdə yeni və yaradıcı bir məhsulun, yəni “DixonBaxi”nin üzərində çalışmağa qərar veriblər.


Saymon və Aporva  bu işə qara qəpiksiz, müştərisiz və nə edəcəkləri haqda heç bir ideyaları olmadan bir neçə kvadrat metrlik təvazökar studiyada başlayıblar. İnsanlarla görüşmək, təcrübələrini bölüşmək, necə işlədikləri haqda məlumat vermək… bu sadalananlar onların atdığı növbəti addımlar idi. Çox keçmədən artıq ilk layihələrini götürən bu iki dost elə həmin gündən ardı-arxası kəsilməyən layihələrdə birlikdə çalışmağa davam etdilər.


İşlərində daim inkişaf edən Dikson və Baksi studiyalarını böyütmək qərarına gəldilər. “Dixon Baxi” hazırda 25 nəfərdən ibarət bir agentlikdir. Onlar yeni əməkdaşlar qəbul etdikcə daha çox müxtəlif ideyalar və yeni iş üsullarının da gəldiyini deyirlər.


“DixonBaxi”nin indiki fəaliyyəti dizayn, sənət istiqamətləndirməsi və əsasən televiziya üçün olunan brendinqdən ibarətdir.


Agentliyin məşhur layihələri


Aşağıda sizə “DixonBaxi” agentliyinin ən məhşur 5 dizayn nümunəsini təqdim edirəm. İşlərdən həzz alın, şərhi isə sizə buraxıram.


Hulu rəqəmsal məzmun platforması

  1. “Hulu”. “DixonBaxi” “Hulu” ilə sıx əməkdaşlıq edərək ABŞ-nin ən məşhur axın platformalarından biri üçün yeni brend dizaynı yaratdı. Agentliyin yeni brend dizaynı "Hulu" Mandarin dilində "balqabaq" və "saxlamaq" sözlərinin birləşməsindən əmələ gəlib.  Bu ifadə qiymətli əşyaların saxlanıldığı məkan anlamına gəlir. Dizaynın mahiyyəti adını mənşəyi ilə vəhdət daşıyır. "DixonBaxi" bu dizaynı "Bir Hulu" adlandırır. 
    Brend 4 universal prinsip əsasında hazırlanıb: 

1. Hekayəni ön plana çıxarmaq.
2. Populyar və cəlbedici olmaq.
3. Fərqlənmək.
4. Mühüm hesab edilmək.


Daha ətraflı


Premyer Liqa

Yəqin ki, son illərin idman və sağlamlıq sahəsində ən çox diqqəti cəlb edən layihəsi məhz İngiltərənin futbol üzrə milli çempionatı olan Premyer Liqadır. Mətn başlıqları, matçdaxili təqdimat qrafikaları, studiya qrafikası, bunların hamısı Premyer Liqa saundtreki ilə birləşərək çempionat üçün unikal "Oyun Sahəsi" görüntüsü formalaşdırır.


Daha ətraflı


“AC Milan” peşəkar futbol klubu

"DiksonBaksi" "AC Milan" komandasının mükəmməllik, dəb və zəriflik, yaşam tərzi kimi dəyərlərini diqqətə alaraq klubun brendinq layihəsini dizayn edib. Komandanın simvolunda olan əsas oval qorunub saxlanılıb. Ondan yayılan digər dairələr (xətti və ya tipoqrafik şəkildə) isə ürək döyüntüsünü təsvir edir. Bu milyonlarla insanın "AC Milan"a olan sevgisini təmsil edir.


Daha ətraflı


All 4 

DixonBaxi” “All 4” üçün parlaq, yeni brend identifikasiyası yaratdı. Onların bu dizaynında loqo daxilindəki simvolik bloklar və iki çox fərqli rəngdən istifadə naviqasiya və ifadəni təmsil edir. Beləliklə, loqo olmasa belə, siz simvolları gördükdə onun artıq “All 4” markası olduğunu bilirsiniz.


Canada Water 

DixonBaxi” Londonun mərkəzində yerləşən yeni şəhər mərkəzi üçün rebrendinq üzərində çalışıb. Sadə loqotip Kanada sularının ruhunu, mənzərəsini və əlaqəsini əks etdirir. Hərflərdəki yuxarı vuruşlar pozitivlik və gələcəyə işarə edir, iki söz arasındakı əlaqə isə suyun təbiətlə, Kanada suyunun isə şəhərlə əlaqəsini göstərir. 


Daha ətraflı


“DixonBaxi”nin fikrincə dizayn sahəsində edilməli və edilməməli olan şeylər


“DixonBaxi” daim aktiv fəaliyyət göstərdiyi üçün bu qədər yüksəlməyi bacarıb. Dəyişimi qəbul edərək və yeniliklərdən faydalanaraq böyük yol qət edib. Sizə bu yazını bir motivasiya yazısına çevirmədən “DixonBaxi”nin 20 illik dizayn yolculuğunda aldıqları dərslərdən və vermək istədikləri məsləhətlərdən qısaca danışacam. Özləri də dedikləri kimi: “Ümid edirəm bunlar yaradıcı təkamülünüzü gücləndirməkdə sizə kömək olar”.


- **Həmişə və hər şeydən öyrənin.** Açıqfikirli olun və özünüzə xatırladın ki, yaradıcılıq mürəkkəb deyil - qarşılaşdığınız maneələri aradan qaldırmaq üçün iş görsəniz, bir şey öyrənərək qarşı tərəfə keçəcəksiniz.

- **Dəyərləriniz sizə rəhbərlik etsin.** İşin parlaqlığı gördüyünüz işə inanmaqdan irəli gəlir. Nəyə inandığınızı anlayın və onu dəstəkləyən işlərə üstünlük verin. Fürsətlərinizi dəyərləndirmək üçün cəsarətli olun: bir təklifə "yox" demək başqa imkanlara qapı açır.

- Narahatlıqla başlayın.*1 ilə 10 arasında bir şkala təsəvvür edin, 1 təkamül və 10 inqilabdır. 5 ilə 10 arasına çatdığınızdan əmin olun. Yeni başladığınızda 1-ə daha yaxın olacaqsınız, lakin böyük ideyalar, cəsur və sizi komfort zonanızdan çıxaracaq işlərlə başlasanız, ən başdan böyük işlər görmüş olacaqsınız.

- Tapmayın, yenisini icad edin.** İlham üçün dizayna etibar etsəniz, heç vaxt yenilik  yaratmayacaqsınız. Yeni təcrübə və ya düşünmə tərzi yaratmaq üçün öz perspektivinizdən istifadə edin.

- Optimist qalın.** Hər karyera çətinliklərlə birgə gəlir. Özünüzü müsbət tərəfdən göstərməyə vərdiş edin, xüsusən də çətin olanda. Etdiyiniz işlərə özünüzü bütöv olaraq verməlisiniz, əks halda gördüyünüz işlərin heç bir mənası olmaz.

- **Zaman ayırın.** Karyera çox zəhmət və səbir tələb edən ömürlük fəaliyyətdir Çox insan ya vaxtını sərf etmir, ya da sadəcə təslim olur. Dünyanın ani həzz alma ehtiyacının sizin səyahətinizi pozmasına imkan verməyin. İnandıqlarınıza sadiq qalın, etmək istəmədiyiniz işlə məşğul olmayın. Beləliklə, 20 ildən sonra bütün gördüyünüz işlərə sevgi ilə baxacaqsınız.


Kiçik bir motivasiya mətnindən sonra sizə “DixonBaxi”nin “Edilməli və Edilməməli” listi ilə tanış etmək istəyirəm. Göründüyü kimi, bu agentlikdə heç kəs yalnız pul üçün çalışmır, eyni zamanda qorxmur və dayanmır. “DixonBaxi” ən çox orijinallığa, hər kəs üçün edilən dizayna, dəyişiklikliyi qəbul etməyə, dürüstlüyə, azadlığa və ən maraqlısı, telefonun 3 zəngə götürülməyinə dəyər verir.




Teqlər